Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan təhlükəsizlik qüvvələrinin rəsmisi polkovnik Fazil Xuda İbrahimxəlil bildirib.
Rəsminin sözlərinə görə, əməliyyata Əfqanıstanın Qəzni vilayətindəki təhlükəsizlik personalı rəhbərlik edib.
Vilayətin Əndar və Muqar bölgələrini əhatə edən əməliyyat nəticəsində azı 12 terrorçu məhv edilib, 8-i isə yaralanıb. Yaralananlardan üçünün terrorçuların “komandir”i olduqları bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az