Rusiya qırıcıları İdlibdə terrorçuların mövqelərini bombalayıb

2018/08/1193881_1535016831.jpg
Oxunub: 2963     19:18     23 Avqust 2018    
Rusiya Aerokosmik Qüvvələrinə məxsus qırıcılar İdlibdə terrorçulara intensiv aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlar intensiv fasilələrlə 3 gündür ki, davam etdirilir.

Yerli mənbələrin yaydığı məlumata əsasən, aviazərbələr nəticəsində onlarla terrorçu zərərsizləşdirilib, onların mövqeləri ciddi şəkildə sarsıdılıb.

Qeyd edək ki, hava əməliyyatları yekunlaşdırıldıqdan sonra Suriya Quru Qoşunları bölgənin terrorçulardan azad edilməsi üçün geniş miqyaslı hücumlara başlayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin