İraqda 7 İŞİD terrorçusu məhv edilib

2018/08/NB-194673-636222303228771466-640x480_1535015169.jpg
Oxunub: 3402     16:49     23 Avqust 2018    
İraq Hərbi Hava Qüvvələri ölkənin Səlahuddin vilayətində İŞİD terrorçularına aviazərbələr endirib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səlahuddin Əməliyyatlar Komandanlığının rəsmisi polkovnik Məhəmməd Xəlil əl-Bazi bildirib.

Onun sözlərinə görə, əməliyyat Səlahuddin Samarra bölgəsinin şərqində həyata keçirilib. İraq HHQ terrorçuların buradakı mövqelərinə havadan zərbələr endirib.

Endirilən hava zərbələr nəticəsində azı 7 terrorçu məhv edilib, onlara məxsus iki sığınacaq və tunellər məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin