Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın Suriyadakı hərbi kampaniyasında 63 mindən çox hərbçi iştirak edib. Onların həyata keçirdikləri hücumlar nəticəsində 121466 terrorçu hədəfi dağıdılıb.
İştirak edən hərbçilərin 25739 nəfəri müxtəlif rütbəli zabit, 434-ü general, 4349 artilleriya və raket mütəxəssisidir.
Qeyd edək ki, Rusiya qüvvələri Suriyada 231 növ müasir silahı sınaqdan keçirib ki, onların arasında yer-hava sistemləri, təyyarələr, qanadlı raketləri və s. var.
Ağalar Ağalarlı
Ordu.az