SQQ Sveydədə İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir

2018/08/2863465_1534940427.jpg
Oxunub: 4229     21:00     22 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin cənubundakı Sveydə vilayətində İŞİD terrorçularına qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində bu gün Əl-Safa yüksəkliklərində bir qədər də irəliləmək mümkün olub.

Bu irəliləyişlə birlikdə terrorçular Təl Qənim, Um Marzax və Şeyx Hüseyn zolağı boyunca geri çəkilməyə məcbur olub.

Hazırda hökumət qüvvələri həmin zolaq boyunca terrorçuların mövqelərinə raket və artilleriyadan ağır zərbələr endirməyə davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin