Afrində böyük partlayış baş verib

2018/08/3c43f5493b2b4e014abecf576a367d2172e8b60d_1534939421.jpg
Oxunub: 2376     20:04     22 Avqust 2018    
Suriyanın İdlib vilayətində yerləşən Afrin şəhərində böyük partlayış səsləri eşidilib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər.

Şahidlərin sözlərinə görə, partlayıcı maddə ilə dolu maşın şəhərin mərkəz hissələrində partladılıb. Partlayışı kimlərin törətdiyi hələlik bilinmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı nəticəsində bu ilin mart ayında Afrin YPG-dən azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Suriya   Partlayış  


Bizi "telegram"da izləyin