Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Qeyd olunub ki, ordu qüvvələrinin şiddətli artilleriya zərbələrinə baxmayaraq terrorçu qruplaşma təslim olmaq niyyətində deyil.
Belə ki, artıq 3 gündür intensiv şəkildə davam edən artilleriya atəşi nəticəsində 50-dən çox üzvünü itirən İŞİD, müqavimətini hələ də davam etdirir.
Məlumata əsasən, döyüşün bu qədər çox davam etməsinin başlıca səbəbi qruplaşmanın nəzarətdə saxladığı Əl-Səfa dağlarına hücum əməliyyatları keçirilməsinin ərazinin relyefindən dolayı kifayət qədər çətin olmasıdır.
Dəyanət Ağalarlı
Ordu.az