Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yaponiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, sözügedən məqsədin həyata keçirilməsində növbəti mərhələ kimi Almaniya və Fransa ilə danışıqlar aparılır.
Tərəflər bu ilin aprelində aralarındakı hərbi əlaqələrin genişləndirilməsi ilə bağlı imzalanan üçtərəfli memoranduma əsasən, patrul gəmilərinin istehsalı və satışı ilə bağlı müzakirələr aparırlar.
Qeyd edək ki, razılıq əldə ediləcəyi təqdirdə Fransa və Almaniya donanmaları Yaponiyadan Rusiya sualtı döyüş gəmilərinin izlənilməsi üçün P-1 patrul gəmiləri alacaq.
Dəyanət Ağalarlı
Ordu.az