SQQ-nin elit bölməsi Həmada yerləşdirilib

2018/08/Syrian-Army-troops-in-northern-Hama_1534769533.jpg
Oxunub: 3842     20:54     20 Avqust 2018    
Suriya Quru Qoşunlarının elit bölmələrindən biri İdlib əməliyyatında iştirak məqsədilə Həmada yerləşdirilib.

Ordu.az “AL-Masdar” agentliyinə istinadən xəbər verir ki, söhbət SQQ-nin 4-cü zirehli diviziyasının 42-ci briqadasından gedir.

Briqadanın əsgərlərinin yüksək komandanlıqdan qəbul edilən əmr əsasında gecə saatlarında Həma vilayəti istiqamətində yola düşdükləri bildirilir.

Yaxın günlərdə başladılması planlaşdırılan İdlib əməliyyatında bu briqadanın Həmanın şimal cəbhəsində gedəcək döyüşlərə rəhbərlik edəcəyi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin