Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə Əməliyyatlar Komandanlığı”na yaxın mənbə bildirib.
Məlumatda deyilir ki, İraq Quru Qoşunlarının yeddinci diviziyası və sərhəd qoşunları İŞİD terrorçularına qarşı birgə əməliyyat keçirib.
Əməliyyat nəticəsində İŞİD-ə mənsub azı 7 terrorçu məhv edilib. Onlara məxsus əl qumbaraları, partlayıcı qurğular, tibbi preparatlar və s. ləvazimatlar əldə edilib.
Ağalar Ağalarlı
Ordu.az