Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hərbi karvan qollara ayrılaraq Təl Tamir, Əl-Hul və Əl-Şəddadi qəsəbələrinə yol alıblar.
Yuxarıda adı çəkilən hər üç qəsəbədə ABŞ-ın rəhbərliyində fəaliyyət göstərən koalisiya qüvvələrinin hərbi bazası var.
Bu bazaların YPG tərəfindən istifadə olduğu bildirilir. Əl-Şəddadi qəsəbəsi isə İŞİD-in məğlubiyyətinə qədər terrorçu qrupun Şimali Suriyadakı qərargahı idi.
Ağalar Ağalarlı
Ordu.az