Anbarda baş verən terror hücumunda iki polis həlak olub

2018/08/9b6cc6780d2243d6aeaf13a2f3b27ebd_18_1534342114.jpg
Oxunub: 3769     22:33     15 Avqust 2018    
İraqın Suriya ilə sərhəd bölgəsində yerləşən Anbar vilayətində terror hücumu baş verib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı onun qarşısını almağa çalışan iki polis zabiti həyatını itirib, bir nəfər mülki şəxs isə yaralanıb.

Hələlik hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməsə də, onun İŞİD tərəfindən törədildiyi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin