Əfqanıstanda 18 İŞİD üzvü məhv edilib

2018/08/us-afghan-georgian_1534340338.jpg
Oxunub: 1956     21:46     15 Avqust 2018    
Əfqanıstanın Nangarhar vilayətində həyata keçirilən hərbi əməliyyat nəticəsində İŞİD-ə mənsub 18 terrorçu məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Ordusunun yüksək rütbəli rəsmisi bildirib.

Rəsminin sözlərinə görə, əməliyyat Əfqanıstan ordusunun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən həyata keçirilib və vilayətin Deh Bala, Kut, Haska Mena və Rudat bölgələrini əhatə edib.

Əməliyyat nəticəsində vilayətin mərkəzi şəhəri olan Cəlalabad şəhərində terrorçulara aid böyük silah deposu ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Terror  


Bizi "telegram"da izləyin