İraq HHQ İŞİD-ə məxsus 4 sığınacağı yerlə-yeksan edib

2018/08/NB-197329-636245606470669794_1534332882.jpeg
Oxunub: 2362     19:23     15 Avqust 2018    
İraq Hərbi Hava Qüvvələri terrorçuların sığınacaq kimi istifadə etdiyi məntəqələrə aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İraq Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İŞİD qruplaşmasının Mosulun İmam Qərbi qəsəbəsi yaxınlığında yerləşən mövqelərinə raket zərbələri endirib.

Rəsmi məlumata əsasən əməliyyatlar nəticəsində terrorçulara məxsus 4 sığınacaq və çox sayda silah-sursat məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   HHQ  


Bizi "telegram"da izləyin