Ordu.az TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu fikirləri “Baltarek” beynəlxalq gənclər təhsil forumunda çıxışı zamanı səsləndirib.
Zaxarova bildirib ki, əgər Vaşinqton həqiqətən dünyaya daha çox sülh və stabillik gətirmək potensialına sahib olsaydı, o halda rəsmi Moskva ABŞ-ın yürütdüyü siyasəti sonuna qədər dəstəkləyərdi.
“ABŞ artıq sahib olduğu mövqeyi itirib. Beynəlxalq miqyasda sülh və stabilliyin yeganə qarantı olaraq bütün dünyaya təqdim edilən “super” dövlət artıq filmlərdə görməyə öyrəşdiyimiz “Superman” rolunu ifa edə bilmir. ABŞ faktiki olaraq beynəlxalq münaqişələri həll etməyi bacarmır”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az