TSQ Tuncəlidə daha 3 terrorçunu zərərsizləşdirib

2018/08/thumbs_b_c_409c8f3ba657852324c66253ab7d4e94_1534328558.jpg
Oxunub: 1454     18:21     15 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri Tuncəli vilayətində PKK terror qruplaşmasına qarşı geniş miqyaslı əməliyyatlar aparır.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qurudan həyata keçirilən əməliyyatlara hərbi hava qüvvələri aviazərbələrlə dəstək göstərir.

Məsələ ilə bağlı Türkiyə Baş Qərargahından verilən açıqlamada qeyd olunub ki, həyata keçirilən əməliyyatlar nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, son 1 həftədə bölgədə zərərsizləşdirilən terrorçu sayı 15-i keçib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin