Rusiya avqustda terrorçulara məxsus 16 dronu məhv edib

2018/08/1060677099_1534327847.jpg
Oxunub: 3144     18:09     15 Avqust 2018    
Rusiyanın Suriyanın Latakiya vilayətində yerləşən Hmeymim bazasına bu ayın birinci yarısında 16 dron hücumu həyata keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriyadakı Rusiya Koordinasiya Mərkəzinin sədri Aleksandr Tsiqankov bildirib.

O qeyd edib ki, son 10 gün ərzində terrorçu qruplaşmalar tərəfindən İdlibdəki hərbsizləşdirilmiş zonada atəşkəs rejimi 114 dəfə pozulub.

Buna cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində İdlibin terrorçulardan azad edilən hissəsinin ölçüsü 36 faiz artırılıb.

Bu ayın ilk 15 günü ərzində terroçular tərəfindən Latakiyadakı Hmeymim aviabazasına da dəfələrlə hücum edilib. Həyata keçirilən 16 dron hücumunun hər birinin qarşısı uğurla alınıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Hmeymim  


Bizi "telegram"da izləyin