Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqları üzrə Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, Fərat çayı vadisi istiqamətində hərəkət edən yük maşınları təkcə silah-sursat deyil, həm də hərbi texnika daşıyır.
Belə bir geniş həcmdə hərbi ləvazimatın Deyr əz-Zora göndərilməsi ABŞ rəhbərliyindəki koalisiyanın Suriya ərazisində yeni hərbi bazalar və aerodromlar açmasında dair yayılan xəbərlərdən sonraya təsadüf edir.
Bölgədə vəziyyəti müşahidə edən yerli mənbələr Suriyanın şimal və şərq hissəsini əhatə edən bu genişlənmənin koalisiya qüvvələrinin hələ bir müddət də ölkədə qalacağından xəbər verdiyini bildirirlər.
Ağalar Ağalarlı
Ordu.az