Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə IAI-nın icraçı direktoru və eyni zamanda prezidenti olan Cozef Ueyis bildirib.
Müqavilənin dəyəri və digər detalları barədə açıqlama verməkdən imtina edən icraçı direktor bu vaxta qədər “Barak-8” raketləri üçün imzalanan müqavilələrin ümumilikdə 5 milyard dollardan daha çox dəyərdə olduğunu bildirib.
Qeyd edək ki, “Barak-8” hava və raketdən müdafiə sistemi İsrail və Hindistan tərəfindən birgə təkmilləşdirilib. O, gəmi əleyhinə raketlər, hava sistemləri, qanadlı və ballistik raketlərə qarşı effektivdir.
Ağalar Ağalarlı
Ordu.az