Donbasda ötən gün: 1 hərbçi həlak olub, 3-ü yaralanıb

2018/08/630_360_1534314767-4206_1534321164.jpg
Oxunub: 4218     16:17     15 Avqust 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasında qarşıdurmalar səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.

Bildirilib ki, seperatçılar ötən gün ərzində atəşkəs rejimini ümumilikdə 46 dəfə pozublar.

Hücumlar zamanı qumbaraatanlardan, ağır avtomat silahlardan və bəzi piyada döyüş vasitələrindən istifadə olunub.

Rəsmi məlumata əsasən, ötən gün baş verən qarşıdurmalarda Ukrayna ordusunun 1 hərbçisi həlak olub, daha 3-ü yaralanıb. Seperatçıların itkiləri ilə bağlı rəsmi məlumat verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin