Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Liberman HƏMAS-la yeni münaqişənin hər an başlaya biləcəyini bildirib.
Eyni zamanda “Los Angeles Times” İsraillə HƏMAS arasında sülh sazişi üzrə danışıqlarda ciddi irəliləyiş əldə edildiyini iddia etsə də, İsrail tərəfi bu iddianı təkzib edib.
İsrail MN-dən olan anonim rəsmi isə Liberman və digər müdafiə rəsmilərinin Kərəm Şalom keçid məntəqəsinin tamamilə açılmasını müzakirə edəcəklər.
Xatırladaq ki, bazar günü jurnalistlərə açıqlama verən İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Qəzza Zolağından meydana gələn terror təhdidlərinə qarşı lazım olan bütün tədbirləri görməyə davam edəcəyini bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az