Husi snayperləri 3 əsgəri qətlə yetirib

2018/08/90435b12-c215-4c03-8d05-760aa2506fb1_1534317413.jpg
Oxunub: 1544     15:12     15 Avqust 2018    
Husi qiyamçılarının snayperləri Səudiyyə Ərəbistanının Cizənlə sərhəd bölgəsində koalisiya qüvvələrini hədəf alıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Ər-Riyaddan 969 kilometr məsafədə yerləşən “Əl-Fərizə” hərbi bazasında baş verib.

Hücumdan sonra koalisiya qüvvələri qiyamçıların mövqelərinə hava zərbələri endiriblər. Artilleriya və raket qüvvələrinin dəstək verdiyi əməliyyatda husilərə məxsus sığınacaqlar məhv edilib.

Eyni zamanda koalisiya qüvvələri Yəmənin şimal-qərbində yerləşən Şəda bölgəsində də əməliyyat keçirib. Əməliyyat nəticəsində qiyamçıların mövqelərinə ağır zərbələr endirildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı   Yəmən  


Bizi "telegram"da izləyin