“ABŞ-ın Kosmik Qüvvələri müdafiə məqsədi daşıyır” – Mettis

2018/08/VM6TR6GHBVAERFYMP3X2FBLX64_1534316624.jpg
Oxunub: 3624     15:03     15 Avqust 2018    
“ABŞ-ın Kosmik Qüvvələri müdafiə məqsədi daşıyır. O, ABŞ peyklərini Çin və Rusiyanın əlində olan hücum silahlarından müdafiə etmək üçün vacibdir”.

Ordu.az “Military Times”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis bəyan edib.

O, ABŞ-ın kosmosa silah yerləşdirmək niyyətində olmadığını, buradakı peyklərin isə təkcə hərbi əməliyyatlarda deyil, həm də dünya iqtisadiyyatında böyük rol oynadığını vurğulayıb.

Mettis Çinin 2007-ci ilin yanvarında özünün funksionallığını itirmiş hava peykini quruda yerləşdirilmiş raketlə məhv etməsini xatırladaraq, ABŞ-ın bu kimi şeyləri nəzərə aldığını qeyd edib.

“Biz anlayırıq ki, bu hadisə Çinin bizə ismarıcı idi. Yəni onlar kosmosda peykləri vura biləcəklərini demək istəyirdilər”, - deyə Mettis bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin