Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə havadan müdafiə sistemlərinin birgə təkmilləşdirilməsi yolları müzakirə ediləcək.
Nazirliyin mətbuat xidməti iclasla bağlı yaydığı bəyanatda müzakirələr zamanı əsas diqqətin MDB ölkələrin havadan müdafiəsinin gücləndirilməsi və HHM sistemlərinin birgə təkmilləşdirilməsinə ayrılacağını vurğulayıb.
İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan Müdafiə Nazirliklərinin, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Qərargahının, Rusiyanın müdafiə kompaniyalarının və MDB-nin havadan müdafiə üzrə tədqiqat agentliyinin nümayəndələri iştirak edəcəklər.
Ağalar Ağalarlı
Ordu.az