“Misir Qırmızı dənizin təhlükəsizliyi barəsində narahatdır” – Sisi

2018/08/1780299-download-1534203778-109-640x480_1534229583.jpg
Oxunub: 2825     14:53     14 Avqust 2018    
Misir prezidenti Əbdül Fəttah Əl-Sisi ölkəsinin Qırmızı dənizin təhlükəsizliyi barəsində dərin narahatlıq keçirdiyini bildirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə yəmənli həmkarı Əbd-Rəbbu Mənsur Hadi ilə birgə mətbuat konfransında danışıb.

“Biz qətiyyətlə Yəmənin qeyri-ərəb qüvvələrin təsiri, yaxud qardaş Ərəb dövlətlərinə, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında azad dənizçiliyə qarşı təhdid platformu kimi istifadə edilməsini rədd edirik”, - deyə Sisi bildirib.

O, husi qiyamçılarının Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücumunu pisləyib və bunun Bab əl-Məndəb boğazından edilən daşınmalara əngəl törətməsindən təəssüfünü ifadə edib.

Qeyd edək ki, Ərəb dövlətləri arasında ən çox əhalisi olan Misir 2015-ci ildən etibarən Yəməndə vuruşan Ərəb koalisiyasının üzvüdür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Yəmən   Husilər  


Bizi "telegram"da izləyin