“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTOLAR

2018/08/8_10738487172.jpg
Oxunub: 768     13:23     12 Avqust 2018    
Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.

Ordu.az

Teqlər: Beynəlxalq-Ordu-Oyunları-2018  

Xəbər lenti

“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTOLAR

2018/08/8_10738487172.jpg
Oxunub: 769     13:23     12 Avqust 2018    