Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Türkiyənin Şırnak, Siirt, Mardin vilayətlərində və İraqın şimalında həyata keçirilib.
Hesabatda qeyd olunub ki, əməliyyatlar zamanı 24-ü ölkə daxilində, 15-i İraqda olmaqla ümumilikdə 39 PKK terrorçusu məhv edilib.
Terrorçulara məxsus xeyli sayda silah, o cümlədən 19 tüfəng, 3 tapança, 2 pulemyot, 28 qumbara, 7 rabitə vasitəsi, 158 kiloqram mərmi müsadirə edilib.
Ordu isə əməliyyatlarda 1 şəhid verib, daha 4 hərbçi yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az