Ermənistan MN 0038 nömrəli əmrin məxfiliyini açır

2018/08/54_1533881789.jpg
Oxunub: 1950     14:13     10 Avqust 2018    
Ermənistan müdafiə nazirliyi 0038 nömrəli əmrin nə dərəcədə məxfiliyinin açılması barədə qərar verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan xüsusi istintaq komitəsinin rəisi Sasun Xaçatryan televiziya vasitəsilə verdiyi açıqlamalarda 1 mart hadisələrinin istintaqına müdaxilə etdiyinə dair ona qarşı olan iddialara münasibət bildirib.

Xaçatryan xatırladıb ki, hakimlərin təyin edilməsində, çıxarılmasında, qayda-qanunlara əməl edilməsi üçün məsuliyyətə cəlb edilməsində, vəzifəsinin irəli çəkilməsində hər hansı bir iştirakı olmadığına görə təsir etmək imkanları yoxdur və məhkəmələr müstəqil qurumdur.

Robert Köçəryanın vəkilləri baxımından təhlükə əks etdirən 0038 nömrəli tam gizli əmrin tamamilə açıqlanmamasına gəldikdə isə Xaçatryan bildirib ki, bu məxfi əmrin tam açıqlanması hüququ müdafiə nazirliyinə aid olan məsələdir. Müdafiə nazirliyi 0038 nömrəli əmrin nə dərəcədə məxfiliyinin açılması barədə qərar verib.

Xatırladaq ki, Ermənistan xüsusi istintaq komitəsinin rəisi Sasun Xaçatryan 3 avqust tarixində “Oraqark” verilişinə verdiyi müsahibədə 0038 nömrəli tam gizli əmrin bəzi məqamlarını açıqlayıb. O, açıqlamasında qeyd edib ki, qanunla icazə verilməsə də Ermənistanın ikinci prezidenti silahlı qüvvələri daxili siyasi proseslərə cəlb etməklə, konstitutsiya quruluşunun dəyişdirilməsinə yardım edib. O, həmçinin Köçəryanın istintaqın gedişatına müdaxilə etməməsi üçün həbs qəti imkan tədbirinin dəyişdirilməsinə dair vəsadətin rədd edilməsi barədə fikir səsləndirib.

27 iyul 2018-ci il tarixində İrəvan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın iki ay müddətinə dair həbs edilməsi barədə qərar verib. O, 2008-ci ildə konstitutsiya quruluşunun dəyişdirilməsində ittiham edilir. Eyni iş üzrə 2008-ci ildə müdafiə nazirinin müavini, hazırda KTMT-nin baş katibi olan Yuri Xaçaturov və müdafiə nazirinin sabiq müavini Mikayel Harutyunyan da ittiham edilir. Harutyunyan axtarışa verilib, Xaçaturov isə 5 milyon dram girov müqabilində azadlığa buraxılıb. Bununla yanaşı, 1 mart 2008-ci il hadisələri ilə əlaqədar həmin dövrdə Ermənistan milli təhlükəsizlik şurasının katibi vəzifəsini tutan Armen Qevorkyana qarşı da ədalətin bərpa olunması işinə müdaxilə etdiyinə görə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: 1-mart   Ermənistan  

Ermənistan MN 0038 nömrəli əmrin məxfiliyini açır

2018/08/54_1533881789.jpg
Oxunub: 1951     14:13     10 Avqust 2018    