Erməni hərbi qulluqçular keyfiyyətsiz əşyalardan istifadə edir

2018/08/456456_1533878430.jpg
Oxunub: 759     09:19     10 Avqust 2018    
Ermənistan ordusunda külli miqdarda keyfiyyətsiz alt paltarı aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçuların sosial müdafiəsi idarəsinin və MN-nin hərbi polis idarəsi iş planına uyğun olaraq qoşunlarda həyata keçirilən yoxlamalar çərçivəsində "N" nömrəli hərbi hissədə külli miqdarda alt paltarları aşkar edilib.

Aşkar edilmiş alt paltarları MN ehtiyacları üçün əldə edilən bənzər əmlakın texniki göstəricilərinə heç cür cavab vermir və hərbi qulluqçuların bu əmlakı geyməsinə yararlı deyil.

Aparılan araşdırma nəticəsində məlum olub ki, bu cür əmlakın hələ 2017-ci ildə Ermənistan müdafiə nazirliyinə tədarük edilməsinə cəhd edilib. Ancaq naməlum aşağı keyfiyyətinə görə bunun qarşısı alınıb və istehsalçı şirkətə geri göndərilib.

Buna baxmayaraq, aparılan yoxlamalar nəticəsində artıq 10000 ədəd keyfiyyətsiz alt paltarları aşkar edilib.

İlkin araşdırma davam edir, cinayət işinin açılması üçün materiallar toplanır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Əşya   Korrupsiya  

Xəbər lenti

Erməni hərbi qulluqçular keyfiyyətsiz əşyalardan istifadə edir

2018/08/456456_1533878430.jpg
Oxunub: 760     09:19     10 Avqust 2018    