“Dəməşqlə İŞİD arasında razılaşma yoxdur” – Zaxarova

2018/08/Снимок_1533303880.png
Oxunub: 3585     21:42     03 Avqust 2018    
“Suriya hökuməti ilə İŞİD terror təşkilatı arasında Suriyanın cənubundan köçürülməyə dair razılıq yoxdur”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarov bəyan edib.

“Biz BMT-nin İnsan Hüquqları üzrə Ali Komissiyasının bəyanatını diqqətli şəkildə nəzərdən keçirdik. Mən deməliyəm ki,bu bəyanatda faktlar utancverici şəkildə və qəsdən təhrif edilib. İŞİD-in Suriyanın cənubundan köçürülməsi halı baş verməyib və buna dair razılaşma da yoxdur. Suriya hökuməti terrorçularla bu barədə razılaşmayıb”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, komissiyanın mətbuat katibi Ravina Şamdasani atəşkəs sazişi çərçivəsində Suriyanın Əs-Suveydə şəhərində vəhşiliklər törədən İŞİD terrorçularının buraya digər bölgələrdən köçürüldüyünü iddia edib.

O qeyd edib ki, bu köçürülməyə dair razılıq İŞİD terrorçuları ilə Suriya hökuməti arasında əldə olunub.

Xatırladaq ki, iyulun 25-də Əs-Suveydədə İŞİD-in törətdiyi bir neçə terror aktında ümumilikdə 250-yə yaxın insan həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Suriya   İŞİD  


Bizi "telegram"da izləyin