Ordu.az “Military Times”a istinadən xəbər verir ki, o Rusiya ilə Suriya arasında “Hmeymim” bazasına dair 40 illik müqavilənin olduğunu xatırladıb.
“Hmeymim” aviabazası Suriyanın liman şəhəri Latakiyada yerləşir və hazırda Rusiya aerokosmik qüvvələri tərəfindən istifadə edilir. Uçuş zolağı nəqliyyat təyyarələrinin, Su-24 və Su-34 bombardmançıları, Su-25 hücum qırıcıları, eyni zamanda hərbi helikopterlərin enməsinə imkan verir.
Bazanın 2015-ci ildə xüsusi olaraq Rusiya qüvvələri üçün tikildiyi nəzərə alınsa, Rusiya qüvvələrinin ölkədə daimi mövcudluğu təəccüb doğurmamalıdır.
İraq və Suriyada İŞİD-i məğlub etmək məqsədilə ABŞ rəhbərliyində formalaşdırılmış koalisiya Suriyanın şimalında hərbi mövcudluğunu möhkəmləndirir. Koalisiya İraq hökuməti ilə əməkdaşlıq etsə də, Suriya hökuməti tərəfindən qəbul edilmir. Buna baxmayaraq ABŞ və Rusiya rəsmiləri ərazidə hərbi qarşıdurmadan yayınmaq məqsədilə mütəmadi əlaqə saxlayırlar.
ABŞ-ın Suriyada uzun müddətli mövcudluğu ölkə daxilində davam hələ də davam edən debatların qızışmasına səbəb olub. Donald Trmap bir neçə ay öncə ABŞ-ın Suriyadan çıxacağını bildirsə də, onun hərbi rəsmiləri belə bir addımın böyük xəta ola biləcəyi və İŞİD-in yenidən güclənməsinə imkan verəcəyinə dair həyəcan təbili çalırlar.
Eyni zamanda Rusiyanın Suriyaya dəstəyi Əsəd hökumətinin məhvinin qarşısını alan əsas səbəb oldu. Rusiya hərbi qüvvələri ölkəyə gələnə qədər Əsədin ölkədəki vətəndaş müharibəsi uduzacağı ehtimal edilirdi.
Rusiya ordusunun gəlişindən sonra hökumət qüvvələri ölkənin böyük hissəsinə nəzarəti bərpa etsələr də, Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupu hələ də ABŞ-ın dəstəklədiyi qüvvələrin Suriyanın 27%-nə nəzarət etdiyini bildirir.
Ağalar Ağalarlı
Ordu.az