Ordu.az xarici KİVlərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Latviya Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, hazırda NATO hərbçiləri əsasən Adazi hərbi bazasında yerləşdirilib. Belə ki, burada Kanada, Albaniya,Çexiya, İtaliya, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan ümumilikdə 1300 hərbçi fəaliyyət göstərir.
Həmçinin qeyd olunub ki, “Lielvarde” aviabazasında da ABŞ-ın 70 hərbçisi və 5 “Black Hawk” helikopteri yerləşdirilib.
Bu da ABŞ-ın Latviyadakı hərbi qüvvəsinin çoxmillətli NATO batalyonunun “Adazi” bazasına yerləşdirilməsindən bu yana 3 dəfə azalması anlamına gəlir.
Qeyd edək ki, Kanadanın Latviyadakı hərbi qüvvələrinin sayının da 2023-cü ilin martına kimi 455-dən 540-a çatdırılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az