Yəmən ordusu Hudeydə ətrafında əməliyyatlar keçirir

2018/07/456456_1532764093.jpg
Oxunub: 1433     15:46     28 İyul 2018    
Yəmən Quru Qoşunları husi qiyamçılarına qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yəmən Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu Hudeydənin tarixi Zəbi şəhərini azad etmək məqsədilə qiyamçıların mövqelərinə artilleriya zərbələri endirib.

Rəsmi məlumata əsasən artıq ordu qüvvələri şəhərə daxil olub və qarşıdurmalar şəhər daxilində davam edir.

Qeyd edək ki, qarşıdurmalar zamanı ordu qiyamçılara məxsus çox sayda tank və zirehli texnikanı ələ keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Hudeydə  


Bizi "telegram"da izləyin