“Eisenhower” gəmisinin sınaqlarına başlanılıb

2018/07/7567_1532763623.jpg
Oxunub: 1623     15:39     28 İyul 2018    
ABŞ donanması tərkibindəki modernizasiya edilən “Eisenhower” döyüş gəmisinin sınaqları keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı “Norfolk” gəmiqayırma zavodunun mətbuat katibi Anna Teylor bildirib.

O qeyd edib ki, sınaqlar təxminən bir ay davam edəcək. Bu müddət ərzində gəminin modernizasiya edilən vasitələrinin hər biri ayrı-ayrılıqda xüsusi yoxlanışdan keçiriləcək.

O həmçinin bildirib ki, 34 milyona başa gələn modernizasiya işləri ilə bağlı sınaqlar yekunlaşdırıldıqdan sonra gəmi sentyabr ayında ABŞ donanmasına təhvil veriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eisenhower   Sınaq   Norfolk  


Bizi "telegram"da izləyin