Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Misir Müdafiə Nazirliyinin Mətbuat katibi polkovnik Tamer Əl-Rəfayi bildirib.
O qeyd edib ki, ordunun Sinay yarımadasında İŞİD terrorçulara qarşı aparmış olduğu mübarizə olduqca uğurlu alınıb.
Əməliyyatların başladığı fevral ayından bu yana ordu qüvvələri yarımadada 321 terrorçunu məhv edib, onlara 1000-dən çox partlayıcı vasitəni müsadirə edib.
Misir silahlı qüvvələri geridə qoyduğumuz 6 ay ərzində yarımadada ümumi dəyəri 9,8 milyon dollar olan 134 əməliyyat həyata keçirib.
O qeyd edib ki, bu əməliyyatların 9-u qonşu dövlətlərlə ortaq şəkildə keçirilib. Hərbi rəhbərlik bundan sonra bölgədə nəzarət məntəqələrinin formalaşdırılmasını və terrorçuların ərazidə yenidən güclənməsinə mane olmağı planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az