Əfqanıstanda 19 qiyamçı zərərsizləşdirilib

2018/07/seventeen-deash_1532761415.jpg
Oxunub: 2809     15:02     28 İyul 2018    
Əfqanıstan ordusu “Taliban” qiyamçılarına qarşı geniş miqyaslı əməliyyatlar keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Əfqanıstan Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında ordu qüvvələri qiyamçıların ölkənin Kapisə vilayətindəki mövqelərinə havadan və qurudan zərbələr endiriblər.

Hücumlar nəticəsində 19 “Taliban” üzvü zərərsizləşdirilib. Bölgədəki bir neçə kənd və qəsəbə qiyamçılardan azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin