Rusiya XİN: Moskva kosmosda silah yarışının qarşısını almağa çalışır

2018/07/548e4418-b0a4-48c1-a8f4-7c25e9ea1d96_1532760684.jpg
Oxunub: 2014     14:50     28 İyul 2018    
“Rusiya kosmosda silah yarışının qarşısını almaq istiqamətində göstərdiyi səylərinə davam edəcək”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yaxın bir neçə ildə Moskva kosmosda silah yarışının qarşısını almaq məqsədilə bir sıra təşəbbüslər irəli sürüb. Biz bu sferada nəticəyə fokuslanmış, aktiv səylərimizə davam edəcəyik”, - deyə məlumatda qeyd olunub.

Bəyanatda Vaşinqtonun da eyni səviyyədə beynəlxalq təhlükəsizliyin gücləndirilməsi istiqamətində addımlar atacağına ümid ifadə edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Kosmos  


Bizi "telegram"da izləyin