Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, koalisiya qüvvələri aviazərbələr zamanı Hudeydənin bir neçə nöqtəsini hədəf alıb. Hücum gecə yarısı husilərin hərbi düşərgəsi istiqamətində başlayıb.
Daha sonra şəhərin şimalındakı plastik materiallar istehsal edən və qiyamçıların nəzarətində olan fabrik vurulub. Hücum nəticəsində husilərin xeyli sayda itki verdiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az