Anbarda 2 İŞİD üzvü məhv edilib, 1-i yaralanıb

2018/07/56767_1532757016.jpg
Oxunub: 2176     13:49     28 İyul 2018    
İraq ordusu Anbarın qərbindəki İŞİD mövqelərinə aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, İraq Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Anbarın qərbində Rütbə şəhərindəki İŞİD mövqelərini bombalayıb.

Rəsmi məlumata əsasən hücumlar zamanı terrorçu qruplaşmanın 2 üzvü zərərsizləşdirilib, daha 1-i isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anbar   İŞİD  


Bizi "telegram"da izləyin