Mettis: “ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı fikirlər uydurmadır”

2018/07/456456_1532756643.jpg
Oxunub: 1971     13:42     28 İyul 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis ötən gün ABŞ-ın İrana raket zərbələri endirəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ötən gün verdiyi mətbuat konfransında bildirib.

Mettis qeyd edib ki, Avstraliya Baş nazirinin səsləndirdiyi iddianın reallıq payının olmadığını qeyd edib.

“Bilmirəm Avstraliya və Böyük Britaniya kəşfiyyatı bu məlumatları haradan əldə edib. Lakin sizi tam olaraq əmin edə bilərəm ki, hazırda bizim belə bir planımız yoxdur. Səsləndirilən bu iddia uydurma və cəfəngiyyatdır”, - deyə Mettis bildirib.

Qeyd edək ki, ötən gün Avstraliya Baş naziri Malkolm Turnbul bildirmişdi ki, Avstraliya və Böyük Britaniya kəşfiyyat orqanları ortaq araşdırmalar nəticəsində Trampın İranın nüvə mərkəzlərini vurmağı planlaşdırdığını müəyyən edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   ABŞ-İran  


Bizi "telegram"da izləyin