"Trampın sanksiya təhdidi ABŞ-Türkiyə hərbi əlaqələrinə təsir etməyib" - Mettis

2018/07/thumbs_b_c_09f262a9d678cfa7e7951d9d8017ff26_1532754989.jpg
Oxunub: 4167     13:15     28 İyul 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Trampın Türkiyəyə sanksiya təhdidinin hərbi əlaqələrə təsir etmədiyini bildirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, iki ölkənin orduları arasında yaxşı əlaqələrin olduğunu vurğulayıb.

"Türkiyə-ABŞ əlaqələri və hərbi əməliyyatlara təsir etməyib. Bu mərhələdə Türkiyə ilə yaxın şəkildə çalışmağa davam edirik", - deyə Mettis qeyd edib.

İki ölkənin Münbicdə ortaq patrul reydlərinə yaxın günlərdə başlayacağını xatırladan Pentaqon rəhbəri reydlər üçün proqramın plan üzrə irəlilədiyini, lakin onların dəqiq olaraq nə vaxt başlayacağından əmin olmadığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Münbic  


Bizi "telegram"da izləyin