Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihə çərçivəsində tərəflər 192 milyon dəyərində müqaviləyə razılaşıblar.
Müqavilə əsasında “MicroTech” ABŞ Quru Qoşunlarının Qabaqcıl Tədqiqat və Təkmilləşdirmə, Gecəgörmə və Elektron Sensorlar və digər idarələrinə müxtəlif xidmətlər göstərəcək.
Qabaqcıl Tədqiqat və İnkişaf idaərsinə bütün dünya üzrə texniki və ərazi dəstəyi təmin etməklə yanaşı, onun üçün prototiplərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirəcək.
Gecəgörmə və Elektron Sensorlar idarəsi üçün isə 3 il ərzində ixtisaslaşdırılmış sensorlar təkmilləşdiriləcək.
Ağalar Ağalarlı
Ordu.az