ABŞ “Peşmərgə”ni maliyyələşdirməyə davam edəcək

2018/07/37917834_2616292595263559_3623170695065763840_n_1532714145.jpg
Oxunub: 4246     01:53     28 İyul 2018    
ABŞ “Həşd Əl-Şabi” yarımhərbi qoşunlarının hərbi fəaliyyətlərinin qarşısının alınması məqsədilə “Peşmərgə” silahlılarına yardım edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon yayıb.

Bildirilib ki, “Həşd Əl-Şabi” silahlılarının İraqdakı fəaliyyətlərinə əngəl olmaq məqsədilə “Peşmərgə” qüvvələrinə 290 milyon dollarlıq yardım paketi ayrılıb.

Qeyd olunub ki, həmçinin ABŞ hərbi təchizatının qruplaşmanın əlinə keçməməsi üçün bölgədə nəzarət komitəsi yaradılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Peşmərgə   Həşd-Əl-Şabi  


Bizi "telegram"da izləyin