Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayəndə heyətində Konqresin Maliyyə və Silahlı Xidmətlər komitəsinin üzvləri, ABŞ-ın İraqdakı səfiri Duqlas Silman və ABŞ-ın Birləşdirilmiş Ortaq Tapşırıq Qüvvəsinin komandiri general-leytenant Paul Fank və digər rəsmilər olub.
Görüş zamanı Abadi İŞİD-lə müharibədə İraq qüvvələrinə məsləhətçilik etmək və havadan dəstək vermək məqsədilə İraqda olan ABŞ hərbçilərinin sayının azaldılmasını istəyib.
Daha sonra yayılan birgə bəyanatda ABŞ məsləhətçilərinin sayının İraqın ehtiyaclarına uyğun olaraq azaldılmasının zəruriliyi qəbul edilib və bunun üçün gələcək tədbirlərin görülməsinə razılıq verilib.
Dəyanət Ağalarlı