Belçika Baş naziri: "NATO sammitində təhlükəsizlik pik səviyyədə olacaq"

2018/07/thumbs_b_c_c121d2b85109f1063281a894303b6563_1530775582.jpg
Oxunub: 3272     16:47     05 İyul 2018    
Brüsseldə keçiriləcək NATO sammiti üçün Belçika hökuməti 3400 təhlükəsizlik xidməti işçisinin fəaliyyət göstərəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belçika Baş naziri Çarlz Miçel Xarici Əlaqələr və Müdafiə komitəsinin iclasında etdiyi çıxışda bildirib.

O qeyd edib ki, 29 NATO liderini bir araya gətirəcək sammitdə təhlükəsizlik maksimum səviyyəyə qaldırılacaq.

“Sammitdə 2400 polis, 1000 hərbçi olmaqla ümumilikdə 3 min 400 nəfər təhlükəsizliyin qorunmasına nəzarət edəcək”, - deyə Miçel bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Sammit   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin