İran ABŞ-ı Fars körfəzini bağlamaqla hədələdi

2018/07/14698498402146848_1530797702.jpg
Oxunub: 2718     16:10     05 İyul 2018    
İran ABŞ-ın sanksiyalarını davam etdirəcəyi təqdirdə Hörmüz boğazından keçidə blok qoyacağını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun korpus komandiri İsmayıl Kusəri bildirib.

O qeyd edib ki, əgər ABŞ İranın neft ixracını dayandırmasını istəyirlərsə, onda Tehran da Hörmüz boğazından heç bir neft keçidinə imkan verməyəcək. Bizim atacağımız bu addım ABŞ-ın neft xərclərində 20 faiz artıma səbəb olacaq. Qısacası, bütün dünyanın bizim neftimizə və Hörmüz boğazına ehtiyacı var”, - deyə Kusəri bildirib.

Qeyd edək ki, hələlik Vaşinqtondan bu təhdidə cavab gəlməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Fars-Körfəzi   Təhdid   ABŞ  


Bizi "telegram"da izləyin