Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, heyəti burada NOHED-in komandiri Sirous Amanullahi qarşılayıb.
Amanullahi iki ölkənin orduları arasında əməkdaşlığı möhkəmləndirmək məqsədilə briqadanın Çin Xalq Azadlıq Ordusu ilə təcrübə mübadiləsi aparmağa hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, NOHED çox sayda müxtəlif növ təlimlərdən keçirilir. Bunlar arasında paraşütlə tullanmaq, dağa dırmanma, qayıqla hərəkət, sualtında hərəkət, snayper təlimləri, xilasetmə əməliyyatları, müxtəlif hava şəraitinə müharibə təlimləri var.
Çin hərbçiləri NOHED-in hərbi qabiliyyətlərini yüksək qiymətləndirərək, iki ordu arasında təcrübə mübadiləsinin müsbət nəticələr doğuracağını vurğulayıblar.
Ağalar Ağalarlı
Ordu.az