Erməni əsgər anaları etiraz edir: "1 ay 20 gün sonra oğlumun başını yedilər" (VİDEO)

2018/06/1497346678_3_1509183742_1530175092.jpg
Oxunub: 1461     16:36     28 İyun 2018    
"Bizimlə telefon danışı zamanı oğlum dedi ki, ana bu ordu deyil, özbaşınalıqdır. Yanacaq oğurluğunu görmüşəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanın hökumət binasının qarşısında yenə də orduda sülh dövründə ölən hərbi qulluqçuların anaları etiraz aksiyasına toplaşıb.

Ermənistan təhlükəsizlik xidmətinin Manvel Qriqoryanla bağlı yaydığı video görüntüyə münasibət bildirən etiraz aksiyası iştirakçılarından biri belə deyib: "8 ildir ki, orduda özbaşınalıq hökm sürdüyündən danışıram, korrupsiya, talançılıq hər şey ordudan başlayır".

Onun sözlərinə görə, bu talançılığa şahid olan əsgərlərə də güzəşt etmədən öldürürlər.

"Bizimlə telefon danışı zamanı oğlum dedi ki, ana bu ordu deyil, özbaşınalıqdır. Yanacaq oğurluğunu görmüşəm. Ancaq mənə deyiblər səsini çıxartma, bundan 1 ay 20 gün sonra oğlumun başını yedilər", - deyə əsgər anası etiraz edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin