Pentaqon Sİ-ni sınaqdan keçirir

2018/06/received_2578292645730221_1530123119.jpeg
Oxunub: 1560     02:17     28 İyun 2018    
ABŞ ordusu texniki təchiatın təmir edilməsi işlərində istifadə olunacaq süni intellektə sahib maşınların sınağını həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu maşınlar sınaq müddətində bir neçə “Bradley M2A3” döyüş maşınlarının motorlarına nəzarət edəcək.

Pentaqondan bildirilib ki, sınaqlar uğurlu olacağı təqdirdə cihazın geniş miqyaslı istehsalına başlanılacaq.

Qeyd edək ki, bu maşınlar 1,2 milyard saatlıq əməliyyat yaddaşına malikdir. “Uptake” adı verilən sistemlərin ilkin mərhələ üçün 1 milyon dollar dəyərində olacağı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Süni-İntellekt  


Bizi "telegram"da izləyin