Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə “Luyang II” sinfindən olan “Jinan” döyüş gəmisi və “Jiangkai II” sinfindən olan “Huanggang” döyüş gəmisi iştirak edəcək.
Həqiqi döyüş simulyasiyalarının həyata keçirildiyi təlimlərdə donanma özünün bir çox yeni silahlarını, o cümlədən donanma radar sistemini və bəzi raket sistemlərini ik dəfə nümayiş etdirir.
Qeyd edək ki, ötən gün başlayan təlimlərin 1 həftə davam etdiriləcəyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az